Nəsrin termosla İstanbul küçələrində

Nəsrin termosla İstanbul küçələrində
4200 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni filmi “Cemil Şou”nun çəkilişlərinə gedərkən görüntülənib.

Axşam.az xəbər verir ki, İstanbulun Nişantaşı səmtində obyektivlərə tuş gələn sənətçinin əlindəki yemək termosu diqqət çəkib.

O, jurnalistlərə pəhrizdə olduğu üçün özünə yemək apardığını deyib:

“Yeməkləri özüm evdə hazırlayıram. Ona görə də çəkiliş məkanına yemək termosu ilə gedirəm. Həddindən artıq protein və zeytun yağı istifadə edirəm. Fit bədən quruluşumun sirri budur -  həmçinin, həftənin beş günü idman etmək”.

Qeyd edək ki, türk mediası bir neçə ay öncə Nəsrinin formada qalmasının səbəbi kimi onun əməliyyat etdirməsini səbəb gətirmişdilər. Nəsrin isə çıxan xəbərləri təkzib etmişdi.