Artıq bir neçə gündür "Jara" beynəlxalq musiqi festivalı gündəmi zəbt edib.
Axşam.az xəbər verir ki, musiqili tədbir çərçivəsində Rusiya şou-biznesinin ulduzları ilə yanaşı yerli müğənnilər də səhnəyə çıxıblar.
Onlar arasında Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, müğənnilər Səmra Rəhimli, Aysel, Dilarə Kazımova, İlqar Xəyal, Çingiz Mustafayev yer alıblar.
İfa və səhnə şouları ilə olduğu qədər ulduzlarımız geyimləri ilə də həm qırmızı xalçada, həm də səhnədə göz qamaşdırıblar.
Ən çox diqqət çəkən isə sənətçilərimizin yenə də bodi tərzində libas seçməsi olub. Hər dəfə böyük tədbirlərə çıxarkən onların bu tərzə üstünlük verməsi, diqqətdən qaçmayıb.
A.Kazımova qırmızı xalçaya fərqli libasda çıxsa da, səhnəyə sarı bodi tərzində paltarla gəlib.
B.Dadaşova isə qırmızı xalçada zərli geyimdən istifadə edib. "Tet-a-tet" mahnısını səsləndirən müğənni qırmızı bodisi ilə diqqət çəkib.
Səmra isə ənənəsinə yenə sadiq qalıb. Qara bodisindən əl çəkməyən ifaçı bu dəfə şortik və top formasında geyimdən istifadə edib.
Aysel də bodiyə üstünlük verənlərdən olub. O, qara, yuxarısı qapalı bodi ilə tamaşaçıların qarşısına çıxıb.
Nigar Camal isə qırmızı xalçada bodi tərzli geyim seçmişdi. O, bodisini ağ tül tərzində parça ilə tamamlamağa çalışıb.