37 yaşlı qadın plastik əməliyyat zamanı öldü

37 yaşlı qadın plastik əməliyyat zamanı öldü
2745 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.

Axşam.az “report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.