ARB24 “Deutche Welle” ilə əməkdaşlıq edəcək

ARB24 “Deutche Welle” ilə əməkdaşlıq edəcək
58 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın ilk xəbər kanalı olan ARB24 beynəlxalq əlaqələrini genişləndirir.

Axşam.az xəbər verir ki, bu günlərdə ARB24 telekanalı ilə Almaniyanın “Deutsche Welle” beynəlxalq ictimai teleradiokompaniyası arasında əməkdaşlıqhaqqında müqavilə imzalanıb.

Razılaşmaya əsasən, ARB24 telekanalına “Deutsche Welle”-nin bir sıra verilişləriniyayımlamaq hüququ verilib. Əməkdaşlıq 2 mərhələdə həyata keçiriləcək. İlk mərhələdədünyada maraqla izlənilən “Tomorrow Today”, “Global3000”və “Reporter” layihələri ARB24-də yayımlanacaq. Növbəti mərhələdə isə, daha 5 layihəninyayımlanması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində birgə teleməhsullarınistehsalı da planlaşdırılır.

Busazişlə ARB24 “Deutsche Welle”-nin Azərbaycanda ilk tərəfdaşı olub.