ATV telekanalında "Ulduzların döyüşü" adlı yeni veriliş start götürür.
Axşam.az xəbər verir ki, ötən gün 17 tanınmış simanın yarışacağı layihənin tanıtımı ilə bağlı mərasim baş tutub.
Aparıcı Azər Zahidin müəllifi olduğu “Ulduzların döyüşü”ndə sənət adamları rinqə çıxıb döyüşəcəklər. Verilişin qalibi olacaq iştirakçıya 20 min manat mükafat veriləcək.
17 həftə davam edəcək yarışmanın münsif kürsüsündə əməkdar artist Ədalət Şükürov, müğənni Vasif Məhərrəmli, idmançı Zabit Səmədov yer alacaq.
Rinqə çıxacaq iştirakçılar arasında isə rejissorlar Kənan M.M, Ramin Babayev, müğənnilər Eldəniz Məmmədov, Vüqar Muradov və aparıcı Elnur Kərimovun adları var.
Veriliş martın 5-dən etibarən hər həftənin çərşənbə günü saat 21:40-da yayımlanacaq.