Ukraynalı əkiz bacılar Qəbələyə gəlir - diskoteka olacaq

Ukraynalı əkiz bacılar Qəbələyə gəlir - diskoteka olacaq
2835 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 21-i və 22-də Qəbələdə möhtəşəm diskoteka keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq gecədə tanınmış simalar iştirak edəcək. Gecənin əsas qonaqları Ukraynanın cazibədar bacıları, müğənnilər Anna və Mariya olacaq. N.Emiloğlu beş saat davam edəcək mərasimdə rəqs qruplarının maraqlı şoular nümayiş etdirəcəklərini bildirib:

“Ukraynanın 7 nəfərdən ibarət şou balet “NC 17” rəqs qrupu və dicey Mixa da tədbirdə olacaq. Tamaşaçılar vaxtlarını maraqlı keçirəcəklər”.

“Qafqaz Sport Hotel”də baş tutacaq gecənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur.