İtaliyalı aktrisa Monika Belluççi iki il əvvəl “Gərgədanın son şeiri” filminin tanıtımı üçün Türkiyəyə gəlmişdi.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz səyahəti zamanı eyni ekran əsərində rol aldığı Yılmaz Erdoğanın evində qonaq olmuşdu.
Gözəl aktrisa ilə tanış olmaq istəyən məşhurların sıraya düzüldüyü bir dövrdə Monika mahnılarını dinləyib bəyəndiyi Tarkanla görüşüb. Sənətçilər yenə Yılmaz Erdoğanın mənzilində bir araya gələrək səmimi söhbət ediblər.