Oriental rəqqasə iş adamının toyunda belə oynadı – Bakıda
Xəbər
23:44 / 25.02.14
5361dəfə oxunub
A-
A
A+
Ukraynanın məşhur oriental rəqqasəsi Alla Kuşnir ötən yay Bakının qonağı olmuşdu.
Axşam.az-ın məlumatına görə, rəqqasə azərbaycanlı iş adamlarından birinin qızının toy məclisinə dəvət alıb. “Hollywood” şadlıq evində gerçəkləşən toy məclisində Alla Kuşnir möhtəşəm rəqsi ilə qonaqları heyran edib.
Ukraynalı rəqqasənin həmin toydan videosu “Youtube” kanalına yerləşdirilib.
Qeyd edək ki, Alla Kuşnirin Bakıya gəlişini aparıcı Zemfira Adıgözəlova təşkil etmişdi. Z.Adıgözəlova iki ildir Alla Kuşnirlə birlikdə çalışır. Aparıcı yaxın günlərdə ukraynalı rəqqasənin yenidən Bakıya gələcəyini və konsert verəcəyini söyləyib. Konsert hazırlıqları indidən başlayıb.