Xalq artisti Faiq Ağayev Xocalı soyqırımında şəhid olanların ruhunu anıb.
Axşam.az-ın məlumatına görə, müğənni gecə saatlarında soyqırıma həsr olunan abidəni ziyarət edib. F.Ağayev fotolarını sosial şəbəkədə yerləşdirərək aşağıdakı sözləri qeyd edib:
“Azərbaycan tarixinin müdhiş, qanlı, zülmət gecəsi. Milli yaddaşımızın sağalmayan yarası... Ürəyim dözmədi, gecə ilə soyqırım qurbanlarımızın xatirəsinə ucaldılmış abidə qarşısına gəldim. Qanınız yerdə qalmayacaq. Unutmamışıq, unutmuruq, unutmayacağıq”.