Əməkdar artist Gülyanaq Məmmədova ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni Xocalı soyqırımından danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Hər il bu ağrını yaşayırıq. Bayaq efirdə Xocalı ilə bağlı kadrlara baxdıqda özümü saxlaya bilmədim, ağladım. Hətta efirə hazırlaşa bilmirdim. Millətindən asılı olmayaraq, insanlara qarşı bu cür vəhşilik etmək olmaz. Biz bunu dünyaya tanıtmalı, övladlarımızı xəbərdar etməliyik. Çalışıram, uşaqlarıma da Xocalı ilə bağlı məlumatlar verim”.