Əməkdar artist Elza Seyidcahan uzun müddətdir ki, Türkiyədədir.
Axşam.az-ın məlumatına görə, müğənni orada millət vəkili Qənirə Paşayevanın təşkil etdiyi Xocalı soyqırımına həsr edilən tədbirlərdə iştirak edib. “Addım-addım türk dünyası” layihəsi çərçivəsində İstanbulda, Adanada, Girəsunda və digər yerlərdə soyqırıma həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə Xocalı faciəsini əks etdirən rəsmlər nümayiş olunub. Qənirə Paşayeva çıxışlarında erməni vəhşiliyindən bəhs edib.