“Sağlam olun” verilişi yeni vaxtda – anons

“Sağlam olun” verilişi yeni vaxtda – anons
4547 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Sağlam olun” verilişi bu həftədən etibarən yeni vaxtda efirə gedəcək.

Axşam.az-ın məlumatına görə, bundan sonra proqram həftənin cümə günü saat 15:00-da yayımlanacaq. Verilişin budəfəki bölümündə kardioloji problemlərdən bəhs ediləcək. Peşəkar həkim düzgün qidalanmadan, pəhrizdən, ürək problemlərindən, psixoloq isə stressdən söz açacaq. Tamaşaçılar bir çox xəstəliklərlə bağlı məsləhətlər əldə edə biləcək.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan verilişin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.