“Eurovision” təmsilçimiz bu üç müğənnidən biri olacaq

“Eurovision” təmsilçimiz bu üç müğənnidən biri olacaq
4433 dəfə oxunub
  • A-
  • A
  • A+
“Böyük səhnə” beynəlxalq vokal layihəsinin yarımfinal mərhələsi baş tutub.

Axşam.az-ın məlumatına görə, layihədəki 6 iştirakçıdan üçü müsabiqəni tərk edib. Bunlar Azad Şabanov, Elton İbrahimov və Samirə Əfəndiyeva olub. “Böyük səhnə” layihəsinin finalında Xana Həsənova, Dilarə Kazımova və Erkin Osmanlı yarışacaq. Bu üç iştirakçıdan biri Azərbaycanı mayın 6-sı və 10-da Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision” yarışmasında təmsil edəcək.

Qeyd edək ki, “Böyük səhnə” iştirakçılarının çıxışları “İctimai” telekanalda yayımlanır. Müsabiqənin finalı martın 2-də baş tutacaq. Yarışmanın münsiflər heyəti kürsüsündə caz ifaçısı Tünzalə Qəhrəmanova, prodüser və “Ok” drəgisinin baş redaktoru Zəhra Bədəlbəyli, bəstəkar Dimitris Kontopulos, şoumen Murad Dadaşov, rejissor Fuad Əliyev yer alıb. Final gününün seçim mərhələsində münsiflər heyətinə İTV-nin baş direktoru Cəmil Quliyev də əyləşəcək.