“Düşmən laylası” təqdim edildi – fotolar

“Düşmən laylası” təqdim edildi – fotolar
2091 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Xocalı Soyqırımına həsr edilən “Düşmən laylası” adlı qısametrajlı filmin təqdimat mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, ekran işinin rejissoru Elxan Cəfərovdur. 10 dəqiqəlik filmdə mahnını xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova səsləndirib. Mahnının musiqisi Nailə Mirməmmədliyə, sözləri isə Altay Yaşara aiddir.
 
Ekran işində aktyor Zamin Məmmədov, Günel Aqif və Ayan adlı balaca qız rol alıb. Filmdə ermənilərdən qaçmağa çalışan ana ilə balanın donaraq dünyasını dəyişməsi əks olunub.

E.Cəfərov çəkilişləri İsmayıllı rayonunda aparılan “Düşmən laylası” üzərində iki həftə çalışdıqlarını bildirib.

Mərasimdə iştirak edən xalq artisti Rasim Balayev bu cür filmlərin çox çəkilməsinə baxmayaraq, həmin günü olduğu kimi əks etdirməyin mümkünsüzlüyünü vurğulayıb. O, heç bir halın onu sakitləşdirmədiyini və düşmənlərdən bu soyqırımın intiqamının alınacağı günü gözlədiyini söyləyib.