Rəqqasə Fatimə Fətəliyeva yeni fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, sənətçi ərəb müğənnisi Nensi Ajramın obrazına girib və özünü "Fatimə Ajram" adlandırıb. Fatimə bu obrazda ATV telekanalında yayımlanan “Alma almaya bənzər” verilişinə çəkilib. Hər zaman rəqqasə kimi efirlərdə görünən F.Fətəliyeva bu proqramda ilk dəfə kamera qarşısında müğənni kimi çıxış edəcək.