Açıq-saçıq "Eurovision" klipi qalmaqal yaratdı - video
Dünya
12:04 / 27.02.14
3937dəfə oxunub
A-
A
A+
Bu il Danimarkada keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə qatılacaq ölkələr mahnılarının tanıtımına start verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa təmsilçisinin yarışmada oxuyacağı mahnının klipi birmənalı qarşılanmayıb.
Ekran işində yer alan açıq-saçıq səhnələr Danimarkada narazılığa səbəb olub. Donatan və Kleonun ifa etdiyi "My slovianie" ("Biz quluq") mahnısının klipində iri sinəli qadınlar dekolte geyimlərlə görüntülənir. Mahnının sözlərində yer alan "Biz - kölə qızlar bədən dilimizi necə işlədəcəyimizi yaxşı bilirik" ifadəsi də narazılıq yaradıb. Klipdəki görüntülərin pornoqrafiyaya yaxın olduğu bildirilib.