Axşam.az xəbər verir ki, bir aydan çoxdur koronavirus infeksiyasından müalicə alan aktyorun xeyli çəki atması diqqətdən qaçmayıb.
Xəstəxanadan fotolarını sosial şəbəkədə paylaşan Bağırzadə həkimlərə təşəkkür edib.
"Əksər insanlar kimi mən də vaxtaşırı həkimlərə müraciət edirdim, amma 2020-ci ilin yayı, koronavirusla xəstələndiyim dövr mənim üçün əsl sınaq oldu və həkimlər olmasaydı heç vaxt bunun öhdəsindən gəlməzdim. Müalicəmdə iştirak edən bütün həkimlərə təşəkkürümü bildirmək üçün hansı sözləri istifadə edə biləcəyimi də bilmirəm".
Qeyd edək ki, koronavirus infeksiyasına yoluxan aktyor uzun müddət komada qalıb.