Brilliant Dadaşova bu evini 370 minə satır - Fotolar

Brilliant Dadaşova bu evini 370 minə satır -  Fotolar
4632 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova artıq bir neçə aydır ki, bağ evini satışa çıxardığını deyib.

Axşam.az xəbər verir ki, buna səbəb müğənninin yeni bir villa tikdirməsi olub.

Sənətçi aylardır satışa çıxardığı evinə hələ də müştəri tapa bilməyib. Əldə etdiyimiz məlumata görə Dadaşova sözügedən bağına 370 min manat qiymət qoyub.

Qeyd edək ki, B.Dadaşova hələ 2016-cı ildən bağını satışa çıxardığını demişdi. Həmin vaxt sənətçi bağa 200 min dollar qiymət qoymuşdu. O bildirib ki, Buzovna qəsəbəsində yerləşən evi atası Süleyman Dadaşov tikdirib.