Aktyor Ayhan Taş ötən gün gec saatlarda İstanbulun Cihangir səmtində bir məkanda görüntülənib.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, restoranda saatlarla oturan 49 yaşındakı sənətçinin yanına iki qadın, iki kişi dostu gəlib.
Gecə saat 3-də məkandan çıxan Ayhan kameraları görüb təəccübünü gizlədə bilməyib. Özünü itirən qadınlardan biri gödəkcəsi ilə üzünü gizlətməyə çalışıb. Jurnalistlərə hücum edən qadın çəkilməsinə etiraz edib.
Aktyor isə "Dostlar, arvadım ikinci uşağımıza hamilədir. Xahiş edirəm, yanlış nəsə yazmayın. Yanımızdakı xanımlar qonaqdır. Evli olduğumu bilirsiniz" söyləyib.
Qadınlarla jurnalistlər arasında çıxan davanı sakitləşdirməyə çalışan Ayhan xəbərin yayılmaması üçün əlindən gələni edib.