Məşhur amerikalı bloqqer İtan Piters evində ölü tapılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Itan Is Supreme ləqəbi ilə məşhurlaşan 17 yaşlı gənc narkotik maddə aludəçisi imiş. Onun ölümünə də səbəb elə narkotik olub.
Bu haqda onun yaxın dostu Av Luiz məlumat yayıb. O bildirib ki, İtan dəfələrlə müalicə almağa çalışsa da, o, narkotikdən əl çəkə bilməyib:
"Ən yaxın dostum, əkizim, hamı məni atanda yanımda olan tək insan, səni çox sevirəm. Deməyə söz tapa bilmirəm".
İtan sosial şəbəkələrdə qeyri-adi makiyajlar edib, fərqli tərzdə geyimlər geyinməsi ilə məşhurlaşmışdı. Onun eyni zamanda gözəlliklə bağlı brendi də var idi.