"19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb"

"19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb"
439 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb”.

Axşam.az xəbər verir ki, bunu Erməni Silahlı Qüvvələrin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

 O bildirib ki, təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.

Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır.

Yaralıların isə 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır.

Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb.

K. Əliyev qeyd edib ki, bütün faktlarla bağlı prokurorluqda cinayət işi başlanıb.