Ermənilər Füzuli və Goranboya raket atıb - Fotolar

Ermənilər Füzuli və Goranboya raket atıb -  Fotolar
733 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan ordusunun Azərbaycana qarşı raket hücumu davam edir. Düşmən bu dəfə Füzuli və Goranboy rayonlarının kəndlərini hədəf alıb.

Axşam.az xəbər verir ki, bu haqda Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.

H.Hacıyev atılan raketlərin fotolarını paylaşaraq bildirib ki, onlar Füzulidə əkin sahəsinə düşüb. Düşmən Goranboya qarşı da eyni təxribatı törədib. Raketlərin atıldığı ərazilər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mühasirəyə alınıb.