Roza Zərgərlinin "Bakı vaxtı ilə" geri qayıdır - Fotolar+Video

Roza Zərgərlinin "Bakı vaxtı ilə" geri qayıdır -  Fotolar+Video
1898 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərlinin "Bakı vaxtı ilə" proqramı uzun fasilədən sonra yenidən efirə qayıdır.

Axşam.az xəbər verir ki, verilişin yeni mövsüm buraxılışı vətənpərvərlik mövzusuna həsr edilib. Proqramın qonaqları Xalq artisti İlqar Muradov və Əməkdar artist Gülüstan Əliyeva olacaq.

R.Zərgərli bildirib ki, yeni mövsümdə studiyada dəyişikliklər edilib. Müğənni eyni zamanda maraqlı ideyalarla ilboyu tamaşaçıların qarşısına çıxacağını deyib.

"Bakı vaxtı ilə" oktyabrın 13-də saat 23:15-də ATV-də yayımlanacaq.

Fotoları Elmir Mikayılov lentə alıb.