Ermənilər Sərdar Ortaç və Kaan Girgini azərbaycanın şəhidi kimi təqdim etdilər

Ermənilər Sərdar Ortaç və Kaan Girgini azərbaycanın şəhidi kimi təqdim etdilər
1823 dəfə oxunub
  • A-
  • A
  • A+

Qarabağ savaşını uduzan Ermənistan Azərbaycanla bağlı saxta xəbərlər yayımlamağa başlayıb.

Axşam.az xəbər verir ki, bu haqda türk mediası məlumat yazıb. Bildirilib ki, Ermənistan radiosu azərbaycanlı əsgərlərlə bağlı yalan məqalələr yazaraq, türkiyəli məşhurların fotolarından istifadə edirlər. Onlar türk məşhurlarını azərbaycanın itirdiyi əsgərləri kimi qələmə verirlər.

Onlardan biri müğənni Sərdar Ortaç, digəri isə aktyor Kaan Girgin olub. Ermənilər "Günlərə görə öldürülən Azərbaycan əsgərləri" başlıqlı yazıda iki məşhurun şəklindən istifadə edib.

Qeyd edək ki, Sərdar bir neçə gün əvvəl Azərbaycana dəstək olaraq, ermənilərin ünvanına tənqidlər səsləndirmişdi.