Ermənilərin atdığı mərmi Ağdam və Ağcabədidə evləri dağıdıb - Fotolar

Ermənilərin atdığı mərmi Ağdam və Ağcabədidə evləri dağıdıb -  Fotolar
599 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Ağcabədi və Ağdam rayonlarının yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur.

Axşam.az APA-ya istinadən xəbər verir ki, ermənilərin Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi və Ağdam rayonunun Hacı Turallı kəndlərinə atdığı mərmi fərdi yaşayış evlərində dağıntılara səbəb olub.