Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi - Fotolar

Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi - Fotolar
341 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq noyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfərdən çox işçilərin köməyi ilə artıq 16-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bu barədə Axşam.az-a BŞİH-dən bildirilib.

Qeyd edilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.