"Oğlumu bağrıma basıb ikinci övladımı itirməyimi izlədim"

"Oğlumu bağrıma basıb ikinci övladımı itirməyimi izlədim"
2181 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Meqan Markl ikinci övladını itirməsi ilə bağlı etiraflar edib.

Axşam.az xəbər verir ki, 2019-cu ildə ilk dəfə ana olan Meqan az keçmədən yenidən hamilə qaldığını bildirib. Şahzadə Harri ilə ailəli olan keçmiş aktrisa  "The New York Times"a açıqlamasında bildirib ki, bu hadisə ötən yay yaşanıb:

"Günüm adi başlamışdı, səhər yeməyi hazırlayırdım. Oğlumun paltarını dəyişdirəndə ağrı hiss etdim. Getdikcə ağrı gücləndi. Oğlumu bağrıma basdım, dərk etdim ki, qarnımdakı övladımı itirirəm. Bir neçə saatdan sonra həyat yoldaşımın əlindən tutaraq xəstəxana yatağında uzandığımı gördüm. Onun gözlərindən yaş axırdı, əlləri su içində idi. Ona bu ağır günləri necə keçəcəyimizi anlatmağa çalışdım.

Övlad itirmək çox qəribə bir acıdır. Heç nə onu əvəzləyə bilməz. Xəstəxanada gəzəndə gördük ki, orada olan 100 qadından 20-i övladını itirib".