Türkiyəli müğənni Bülənt Ersoy yenidən məşhur stilist Anar Ağakişiyevə müraciət edib.

Axşam.az xəbər verir ki, Anar sənətçi üçün fərqli makiyaj edib. O, birlikdə olan fotolarını sosial şəbəkədə yayımlayaraq "Səni sevirəm" qısa şərhini yazıb.

İzləyicilər Büləntin ünvanına təriflər yağdırıblar. Onlar Ağakişiyevin sənətçini tam fərqli və daha gözəl tərzdə makiyaj etdiyini vurğulayıblar.



                 

Xəbər lenti