Füzulinin giriş-çıxışında postlar quruldu - Fotolar

Füzulinin giriş-çıxışında postlar quruldu -  Fotolar
1042 dəfə oxunub
  • A-
  • A
  • A+

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Axşam.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, müvafiq əmrə əsasən Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov rayonun komendantı təyin edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.