30 yaşlı rəqqasə küçənin ortasında güllələndi - Fotolar

30 yaşlı rəqqasə küçənin ortasında güllələndi - Fotolar
1729 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada 30 yaşlı rəqqasə Nataliya Proninoy güllələnib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, üzünə maska, başına papaq taxan bir şəxs gecə küçədə rəqqasə və rəfiqəsinin arxasınca qaçaraq,  ona iki dəfə atəş açıb. Cinayətkar dərhal hadisə yerindən qaçıb.

Dərhal xəstəxanaya çatdırılan Nataliyanın həyatını həkimlər xilas edə bilməyiblər. Həmin an küçə kameralarına əks olunub. maska ilə üzünü gizlədən şəxs rəqqasənin evinin yaxınlığında dayanıb və onun çıxmasını gözləyib.

Polis hazırda qatili axtarır. Rəfiqəsi bildirib ki, qatil işləmək üçün Moskvaya gələn əcnəbi ola bilər. O, bir neçə dəfə nataliya ilə tanış olmağa cəhd edib.