Oğluna öz adının qoyulmasını vəsiyyət edən şəhidin övladı - Fotolar

Oğluna öz adının qoyulmasını vəsiyyət edən şəhidin övladı - Fotolar
2037 dəfə oxunub
  • A-
  • A
  • A+

Quba rayonunun Zizik kəndindən olan şəhid baş gizir Şahin Allahyarovun yeni doğulan oğul övladı Qusar Rayon Mərkəzi Xəstəxanasından evə buraxılıb.

Axşam.az xəbər verir ki, Şahin şəhidlik zirvəsinə yüksəlməzdən əvvəl çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda həyat yoldaşı Kəmalə Allahyarovaya müraciət edərək şəhid olacağı halda, yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi. Bu, Şahin Allahyarovun ikinci övladıdır. Qızı Oksananın iki yaşı var.

Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb və “Vətən uğrunda” medalı ilə təltif edilib.