Yaşasaydı, bu gün 23 yaşı olacaqdı... - Fotolar

Yaşasaydı, bu gün 23 yaşı olacaqdı... - Fotolar
1055 dəfə oxunub
  • A-
  • A
  • A+

Vətən müharibəsinin iştirakçılarından olmuş şəhid Osmanov Nəzir yaşasaydı, 23 yaşı olacaqdı.

Axşam.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu gün Qax rayonunun Qıpcax kəndindən olan şəhid Osmanov Nəzir Rahib oğlunun doğum günüdür.

Şəhid N.Osmanov ikinci Qarabağ döyüşləri başlayan gündən döyüşlərə qatılıb və Horadiz, Füzuli, Hadrut şəhərlərinin azad olunmasında qəhrəmancasına vuruşub, noyabrın 1-də Şuşa şəhəri uğrunda döyüşlərdə şəhid olub.

Nəzir Osmanov ölümündən sonra “Vətən Ugrunda” və “Qarabag Ordeni” medalları ilə təltif olunub.