Stallonninin 35 milyonluq malikanəsindən fotolar

Stallonninin 35 milyonluq malikanəsindən fotolar
1358 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Silvestr Stalonni 35 milyon dollara bahalı malikanə alıb.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, Atlantik okeanı sahilində yerləşən ev 2014-cü ildə inşa edilib və həyətində çoxlu tropik bitkilər var.

Stalonninin ailəsi ilə birlikdə yaşayacağı malikanə 7 otaq, 12 hamam otağı, idman və film zallarından ibarətdir. Evin qonaq otağı 14 insanın rahat istirahət edə biləcəyi qədər genişdir.

Qeyd edək ki, Silvestr bu evi almazdan əvvəl Los-Ancelesin "Beverly Park" bölgəsində yaşayırdı. Aktyorun Mayami və Nyu Yorkda da bahalı villaları olduğu bildirilir. Onun sərvəti 400 milyon dollardır.