Çinin məşhur "Qar və buz festivalı"ndan fotolar

Çinin məşhur "Qar və buz festivalı"ndan fotolar
652 dəfə oxunub
  • A-
  • A
  • A+
Çinin Harbin şəhəri ənənəvi olaraq bu il də "Qar və buz festivalı"na ev sahibliyi edib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, hər il 10 milyon turistin səfər etdiyi festival artıq 37-ci dəfədir keçirilir. Burada yerli və xarici olmaqla 300-ə yaxın heykəltəraşın 10 mindən çox əl işi nümayiş olunur. Buzdan hazırlanan fiqurların müxtəlif  lazer və led işıqlarla bəzədilməsi festivalı daha da rəngarəng edir.

Pandemiya səbəbi ilə Çinə giriş məhdudiyyətləri tətbiq edildiyindən bu il turist axınında azalma müşahidə olunub. Harbin festivalına gələn yerli və xarici turistlər burada xokkey, xizək, qar skutiri kimi əylənəcə növlərindən istifadə edirlər.

"Qar və buz festivalı" ilk dəfə 1963-cü ildə keçirilib, lakin Çin İnqilabı zamanı dayandırılıb. 1983-cü ildən isə ənənəvi olaraq hər il təşkil edilən mərasim 1 ay ziyarətçilərə açıq olacaq.