20 milyonluq malikanəsini şahzadəyə satır - Fotolar

20 milyonluq malikanəsini şahzadəyə satır - Fotolar
1283 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ajda Pekkan satışa çıxardığı malikanəsinə alıcı tapıb.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, ifaçının Bahçeköy ərazisindəki 20 milyon lirə (4 milyon 636 min manat) dəyərindəki villasını BƏƏ-də yaşayan şahzadənin almaq istədiyi deyilir. O pandemiya bitdikdən sonra Türkiyəyə gələcək.

1 hektar ərazidə inşa edilən lüks villa 3 il əvvəl 40 milyon lirəyə (9 milyon 272 min manat) satışa çıxarılmışdı. Lakin malikanəyə alıcı tapılmadı və qiyməti endirildi.

Malikanədə 6 kiçik və 2 qonaq otağı xüsusi baahlı dekorlarla bəzədilib. Ev 24 saat mühafizəçilər tərəfindən qorunulur. Ajda hər ay bahalı malikanəsinin təmziliyinə 30 min lirə (6 min 954 manat) pul xərcləyir.