Şəhid olan daha iki əsgər dəfn edilib - Fotolar

Şəhid olan daha iki əsgər dəfn edilib - Fotolar
1048 dəfə oxunub
  • A-
  • A
  • A+

Vətən müharibəsində şəhid olan Kazımov Xuduş Həsən oğlu və Məmmədov İlkin Cəmil oğlu Gəncədə dəfn olunub.

Axşam.az APA-ya istinadən bildirir ki, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun 2 əsgərləri - 1988-ci il təvəllüdlü Kazımov Xuduş Həsən oğlu və 1992-ci il təvəllüdlü Məmmədov İlkin Cəmil oğlunun nəşi Gəncə şəhərinə gətrilib.

Hər iki şəhidlə onların yaşadığı evdə vida mərasimi keçrilib.

Daha sonra şəhidlər Gəncədəki Şəhidlər xiyabanına aparılıb. Şəhidlərlə vida mərasimində ailəiləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidlər X.Kazımov və İ.Məmmədov Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, X.Kazımov və İ.Məmmədov Vətən müharibəsində itkin düşən 50 hərbçilərdən idi.

Allah rəhmət eləsin!