Co Baydenin andiçmə mərasimi keçirilir - Fotolar

Co Baydenin andiçmə mərasimi keçirilir - Fotolar
670 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın 46-cı prezidenti və vitse-prezident Kamala Harris and içərək vəzifələrinin icrasına başlayıblar.

Kapitoliya binasının pilləkənlərində təşkil olun mərasim koronovirus pandemiyası səbəbindən sosial məsafənin saxlanılması ilə təşkil edilib. Tədbirdə dünyaca məşhur müğənni Ledi Qaqa ABŞ-ın himnini ifa edib.

Qeyd edək ki, andiçmə mərasimində bir neçə saat əvvəl Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər. Onlar andiçmə mərasimində iştirak etməyiblər.