Yeni layihəsi ilə ekranlara gəlməyə hazırlaşan aktrisa Sara Parker serialda bir çox səhnələrin çəkiləcəyi mağazanı satın alıb.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, sənətçi günün çox hissəsini sahibi olduğu ayaqqabı mağazasında keçirir. Hətta o, gələn müştərilərə ayaqqabıları da özü satır.
55 yaşlı Sara mağazasındakı son dəbli ayaqqabılarla yanaşı, geyim tərzi ilə də xeyli diqqət çəkib. Saranın yeni layihəsindən 1 milyon dollar qazanacağı deyilib.