Ad gününə test cavabı neqativ olanları buraxdı - Fotolar

Ad gününə test cavabı neqativ olanları buraxdı - Fotolar
1282 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün aktrisa Belçim Bilgin doğum gününü qeyd edib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, pandemiya səbəbi ilə ölkədə tətbiq olunan sərt karantin rejimi  Bilginin ad gününü keçirmək istəyinə mane ola bilməyib.

O, 15 məşhur simanı başına yığaraq kiçik mərasim təşkil edib. Belçim və dostları əvvəl koronovirus testi verib, cavabı neqativ çıxan dəvətlilər sonra gecəyə qatılıblar. Bilginin şad günündə yaxın rəfiqəsi Beren Saat da olub. O, mərasimə həyat yoldaşı Kenan Doğulu ilə gəlib.

Belçim İnstaqram hesabında ad günündən bir neçə foto da paylaşıb.