ARB telekanalı və Xalq artisti, bəstəkar Aygün Səmədzadə birlikdə yeni layihəyə imza atıblar.
Axşam.az xəbər verir ki, “Həsrətə son" adlı layihə Qarabağın işğaldan azad olunması münasibətilə hazırlanıb.
Klip Qarabağda düşmən tərəfindən xarabaya çevrilmiş, uçulub-dağıdılmış məkanlarda çəkilib.
"Vəhşi düşmənin xarabaya çevirdiyi yerlərə biz sənət - gözəllik gətirəcəyik" mesajı verən klipin sonunda yandırılmış torpaqda yenidən xarıbülbülün boy atıb, çiçəkləndiyi görülür.
Qeyd edək ki, klipin rejissoru İlham Yaşaroğludur. Sözügedən klip haqqında daha ətraflı şənbə günü ARB-də yayımlanacaq "Söhbət var" verilişində bəhs ediləcək.