Bütün maşınlarını və 6 evini bu qaş üçün satıb - Fotolar

Bütün maşınlarını və 6 evini bu qaş üçün satıb - Fotolar
1229 dəfə oxunub
  • A-
  • A
  • A+

Repçi Lil Uzi Vert qeyri-adi aksesuarlarının fotolarını sosial media hesabında paylaşıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı repçinin qızılları arasında ən diqqət çəkəni 24 milyon dollar(40 milyon 800 min manat) dəyərindəki çəhrayı brilyant qaş olub.

İfaçı onun pulunu 4 ilə ödəyib. Brilyant 11 əyyardır. O, bunu dizayner Elliot Elianttedən aldığını bildirib.

Lil Uzi bahalı qaş üçün bir çox mülkünü və avtomobilini satmalı olduğunu söyləyib:

“Buqattimin qiyməti belə bu qaşın pulunu ödəməyə yetmədi. Bütün maşınlarımın və 6 evimin pulu ilə aldım onu.”