Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, aktrisa İnstaqram hesabının hekayə bölümündə evdə çəkilən şəkillərini yayıb.
Fotolarda Atagüllə birlikdə həyat yoldaşı aktyor Kadir Doğulu da yer alıb. Şəkillərdən birində Kadirin Neslihanın ayaqqabısının bağını bağladığı əks olunub. Bu sosial media istifadəçilərinin gözündən yayınmayıb. Onlar Doğulunun Atagülə gözü kimi baxdığını qeyd ediblər.
Fotolardan Neslihanın səhhətinin yaxşı olduğu da açıq-aydın görünür.