Pierr Kardinin sarayı 656 milyona satılır - Fotolar

Pierr Kardinin sarayı 656 milyona satılır - Fotolar
1037 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur brend “Pierre Cardin”in sahibinə məxsus ev satışa çıxarılıb.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, 13 min kvadrat metr ərazisi olan malikanə 1970-ci ildə inşa edilib.  Onun dekorasiyasına macarıstanlı dizayner Antti Lovag imza atıb.

Villa şarlar formasında inşa edildiyindən "Şar sarayı" adlandırılır. Aralıq dənizi sahilində yerləşən bu malikanəni Pierr 1991-ci ildə alıb.

Bir çox böyük məclislərə ev sahibliyi edən mülk bir neçə həyət, hovuzlar, amfiteatr və 10 otaqdan ibarətdir. "Şar sarayı" 280 milyon funt-sterlinqə ( 656 milyon 572 min manata) təqdim edilir.