Safurə qayıdır... - Fotolar

Safurə qayıdır... - Fotolar
2659 dəfə oxunub
  • A-
  • A
  • A+
"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva müğənnilik sənətinə yenidən qayıdacaq.

Axşam.az xəbər verir ki, keçmiş müğənni bu haqda özü məlumat verib. O bildirib ki, hazırda yeni mahnı və albom üzərində çalışır.

Bunun üçün obyektiv qarşısına keçən Safurə fotosessiya da etdirib. S.Əliyeva yeni işlərini martda təqdim edəcəyini bildirib.

Qeyd edək ki, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurənin 3 övladı var. Cütlük İstanbulda yaşayır.