Aktrisa 55 saat sonra xilas edildi - Fotolar

Aktrisa 55 saat sonra xilas edildi - Fotolar
1354 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Eşli Cad bədbəxt hadisə ilə üzləşib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, 52 yaşlı sənətçi Konqoda film çəkilişi zamanı yıxılaraq ayağını dörd yerdən sındırıb. 

Cad dərin yerə yıxıldığından onu 55 saata qurtarmaq mümkün olub. Qəzanın fotolarını İnstaqram hesabında paylaşan Eşli “Birdən-birə qaranlığa yıxıldım və oradakı ağac ayağımı sındırdı” deyə, başına gələnləri sevənləri ilə bölüşüb.

Həkimlərin sözlərinə görə, aktrisanın siniri zədələnib. Onun hələ uzun müddət müalicə alacağı bildirilib.