Bahalı istirahəti müzakirələrə səbəb oldu - Fotolar

Bahalı istirahəti müzakirələrə səbəb oldu - Fotolar
1132 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl aktyor Cem Yılmazla qalmaqallı şəkildə eşq yaşayıb ayrılan, aktrisa Serenay Sarıkaya bu dəfə istirahətilə gündəmə gəlib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa arıtq 3 gündür Maldiv adalarında dincəlir. Serenayın qaldığı 5 ulduzlu  "Waldrof astoria" otelinin bir gecəsi üçün ən az 30 min lirə ( 7 min 305 manat) pul ödənilir.

Sarıkayanın bu səyahəti, ona sponsurluq edən şirkət hesabına həyata keçirilir. O, İnstaqram hesabında bahalı və lüks istirahətindən tez-tez  fotolar paylaşır.

Serenayın bu cür bahalı səyahətə pul ödəməməsi,  sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər aktrisanın ünvanına "bahalı istirahət zonasında havayı istirahət edir" kimi şərhlər yazıblar.