Daha bir şəhidimizin övladı dünyaya gəldi - Fotolar

Daha bir şəhidimizin övladı dünyaya gəldi - Fotolar
1500 dəfə oxunub
  • A-
  • A
  • A+

Vətən müharibəsində şəhid olan Ramil Musayevin yeganə övladı dünyaya gəlib.

Axşam.az xəbər verir ki, martın 3-də dünyaya gələn körpəyə atasının adı verilib.

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub. R.Musayev Vətən müharibəsində Xüsusi Təyinatlı Dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib. Oktyabrın 3-də Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb.

Ramil Musayev ölümündən sonra Prezidentin sərəncamı ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “ Fizulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.