"Görək bu yayı hansı evimizdə keçirəcəyik"

"Görək bu yayı hansı evimizdə keçirəcəyik"
1828 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kenan İmirzalıoğlu maraqlı açıqlaması ilə gündəmə gəlib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, ötən gün saç ustasından çıxarkən görüntülənən aktyor jurnalistlərin suallarını cavablandırıb. O, media mənsublarının “Bu yazı Bodrumda keçirəcəksiniz?” sualına sərt reaksiya verib və əsəbiləşərək bunları deyib:

“Monte Karlo, Mayami, Bali və Maldiv adalarında da evlərimiz var. Görək, bu il yayı hansı evimizdə keçirəcəyik. Hələ ki, qərar verməmişik. Əlbəttə, elə bir şey yoxdur. Yayılan xəbərlər yalnışdır”.

Qeyd edək ki, bir müddət əvvəl Sinemle Kenanın Marmarisdəki yay istirahət planları pozulub. Buna səbəb onların hər yay kirayə götürdükləri evin qiymətinin ikiqat artmasıdır. Buna görə də cütlüyün bu yay Bodrumda istirahət edəcəyi xəbərləri yayılıb.