Şahzadə Biatris ana olub

Şahzadə Biatris ana olub
586 dəfə oxunub
  • A-
  • A
  • A+
Kraliça II Yelizavetanın nəvəsi Biatris ilk dəfə ana olub.

Axşam.az xəbər verir ki, bu barədə şahzadə öz Tvitter hesabında məlumat yayıb.

O bildirib ki, sentyabrın 18-də qızı dünyaya gəlib. Biatris körpənin adını gizli saxlasa da, çəkisinin 2,7 kiloqram olduğunu bildirib.

Qeyd edək ki, şahzadə ötən ilin avqustunda Eduardo Mapelli-Mozzi ilə ailə həyatı qurub.