"Kontakt"dan "Birkart" sahibləri üçün unikal təklif – İndi al, 24 aya ödə

"Kontakt"dan "Birkart" sahibləri üçün unikal təklif – İndi al, 24 aya ödə
586 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevindirən şəbəkəmiz olan “Kontakt” “Birkart” sahiblərinə istədikləri məhsulun endirimli nağd qiymətini ilkin ödənişsiz, komissiyasız, 24 ay faizsiz hissələrə bölmək imkanı yaradır. Belə ki, sentyabrın 30-dək “Kontakt Home” və “Kontakt Smart” mağazalarında bütün smartfonların, məişət texnikası, mebel, televizor, noutbuk və ev tekstil məhsullarının endirimli nağd qiymətini 24 ay faizsiz, bütün Apple məhsullarının isə 12 ay faizsiz hissələrə bölə bilərsiniz.

Məsələn,

- 2021-ci ilin 64GB-lıq Xiaomi Redmi Note 8 smartfonunu ayda 15 manat 84 qəpik;
- Samsung-un flaqman modeli olan Galaxy S21 smartfonunu ayda 78 manat 75 qəpik;
- 127 sm diaqonallı Toshiba LED televizorunu ayda 45 manat 84 qəpik;
- Ev və ofis üçün ideal HP 250 noutbukunu ayda 29 manat 17 qəpik;
- 24 kvt isitmə gücünə malik HOFFMANN kombisini ayda 25 manat;
- İki kameralı NoFrost LG soyuducusunu ayda 42 manat 50 qəpik;
- Həm nəm, həm də quru təmizləmə xüsusiyyətinə malik Samsung robot tozsoranını ayda 32 manat 34 qəpik;
Toshiba mikrodalğalı sobasını isə ayda sadəcə 5 manat ödəməklə əldə edə bilərsiniz.

“Birkart”ı olmayanlar üçün isə narahatlığa ehtiyac yoxdur. “Kontakt Home” mağazalarında yerləşən Birkart BOKT məntəqələrinə yaxınlaşaraq, elə yerindəcə Birkartınızı sənədləşdirib, sərfəli şərtlərlə alış-veriş edə bilərsiniz.

BirKart BOKT məntəqələri aşağıdakı “Kontakt Home” mağazalarında var:

Mağaza adı

Ünvan:

“Bakıxanov Stansiyası”

 Bakı ş., Sabunçu ray., Bakixanov qəs., S.Mehmandarov PR-ti 1A

"Xalqlar"

Bakı ş., Nizami ray., Qara Qarayev pr 125 B

"Xırdalan 1"

Xırdalan ş., H.Əliyev prospekti ev 240

Neftçilər

Bakı ş., Qara Qarayev 62

"Ayna Sultanova"

Binəqədi ray., Atatürk prospekti, ev 65B

"Gənclik"

Bakı ş., Fətəli Xan Xoyski küç., 86

"Sahil"

Bakı ş., Ü.Hacıbəyov və Bülbül küç. kəsişməsi, №207

"İnşaatçılar"

Bakı ş., Yasamal rayonu, Şərifzadə küç, 174, blok 4

"Azadlıq metrosu"

Bakı ş., Binəqədi rayonu, Binəqədi şossesi ev 200E, 3123-cü məhəllə

Sumqayıt 10-cu mkrn

Sumqayıt ş., 10cu mikrorayon

"Gəncə - Bayraq Meydanı"

Gəncə ş., 35 Nizami Gəncəvi

“Kontakt” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biridir. 30 000-dən çox məhsul çeşidinə malik “Kontakt Home” mağazalarında ev üçün axtardığınız hər şeyi tapa bilərsiniz.

“Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Sevindirən şəbəkənin ölkə üzrə ümumilikdə 32 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir.